Ötən gün Xerson və onun ətrafı Rusiya qüvvələrinin kütləvi atəşinə məruz qalıb, iki nəfər ölüb, 26 nəfər yaralanıb.
Xeberaz.info xəbər verir ki, bu barədə Xerson Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mayın 13-ü gecə saatlarından etibarən Rusiya ordusu Xerson bölgəsinin yaşayış məntəqələrinə raket artilleriyasından, eləcə də müxtəlif növ dronlardan istifadə edərək hücumlar həyata keçirib.


























