Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Xeberaz.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Liderlər 29 mayda Astanada keçirilən Avrasiya İqtisadi İttifaqı sammitinin nəticələrini müzakirə ediblər.
Telefon danışığı zamanı Putin Paşinyanı ad günü münasibətilə təbrik edib”, – məlumatda bildirilib.
Qeyd edək ki, Putin bundan öncə Paşinyana təbrik məktubu da ünvanlamışdı.


























