Ağ Ev prezidenti Donald Tramp bildirib ki, ABŞ tənqidçiləri İranla sülh danışıqlarına mane olurlar.
Xeberaz.info xəbər verir ki, o, “Truth Social”da yazıb:
“Siyasi liderlər mənə dəfələrlə daha sürətli və ya yavaş hərəkət etməli olduğumu, müharibəyə getməli və ya getməməli olduğumu deyəndə işimi düzgün yerinə yetirmək və danışıqlar aparmaq mənim üçün daha çətindir”.
Eyni zamanda, Amerika prezidenti Tehranın həqiqətən də Vaşinqton və müttəfiqləri üçün faydalı olacaq bir razılaşma bağlamaq istədiyinə əminliyini ifadə edib.
Tramp əlavə edib ki, “Sadəcə arxayınlaşın və dincəlin, sonda hər şey yaxşı olacaq”.


























