image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1785407230-1648952537_imtahan_esas_1584434587

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlərin nəzərinə!

image-legitimaz-810x90

Dövlət İmtahan Mərkəzi 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirəcək.

Bu barədə Xeberaz.info-a DİM-dən məlumat verilib.

Bildirilib ki, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki