image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1793294412534

“Keyfiyyət üzrə fəaliyyət planı”nın icrası ilə bağlı görüş keçirilib – FOTOLAR

image-legitimaz-810x90

Oktyabrın 29-da Mingəçevir şəhərində “Keyfiyyət üzrə fəaliyyət planı”nın icrası ilə bağlı görüş keçirilib.

Xeberaz.info xəbər verir ki, görüşdən əvvəl Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov və nümayəndə heyəti “Tam orta məktəb” layihəsi çərçivəsində təşkil olunan dərslərdə iştirak edərək tədris prosesini izləyiblər.

Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri Rüstəm Aslanov, idarənin əməkdaşları, eləcə də ümumi təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər.

Görüş zamanı Cavad Cavadov “Keyfiyyət üzrə fəaliyyət planı” çərçivəsində görülən işlərin təhlilinə əsaslanan hesabat xarakterli təqdimatla çıxış edib. O, əldə olunan nəticələr və mövcud problemlər barədə məlumat verərək ümumi təhsil müəssisələrində təlim keyfiyyətinin yüksəldilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Təqdimat zamanı IV və VI siniflər üzrə monitorinqlərin nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri, məktəblərin özünüqiymətləndirməsi, dərsdinləmələrin təşkili, məktəb kateqoriyalarının inkişaf dinamikası, məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə işin təşkili və müəllimlər arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Sonda müəssisə rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, mövcud problemlərin aradan qaldırılması və təlim keyfiyyətinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


image-fb_img_1793294412534 image-fb_img_1793294415233 image-fb_img_1793294418271 image-fb_img_1793294421106 image-fb_img_1793294424010 image-fb_img_1793294426392 image-fb_img_1793294429033 image-fb_img_1793294431849 image-fb_img_1793294434418 image-fb_img_1793294436737


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki