image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-masin-asdi

Maşın aşdı: bir ailənin 3 üzvü xəsarət aldı

image-legitimaz-810x90

Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

Xeberaz.info Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 1988-ci il təvəllüdlü Fərzəliyev Yusif Rasim oğlu, onun həyat yoldaşı 1999-cu il təvəllüdlü Fərzəliyeva Mahirə Mahir qızı və övladları, 2019-cu il təvəllüdlü F.M müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki