image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1791871784-845542342_2237302440494030_5287157677558979772_n

Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar

image-legitimaz-810x90

Oktyabrın 12-nə keçən gecə Masazırda motosikletin iştirakı ilə baş vermiş ağır yol qəzasında həlak olan 2 gəncin yeni görüntüləri yayılıb.

Xeberaz.info  xəbər verir ki, həmin gənclərin paylaşdığı görüntülərdən onların motosikleti təhlükəli və sürətli formada idarə etdikləri məlum olur.

Bildirilib ki, onlar daha çox Bakı-Sumqayıt yolunda videolar çəkərək paylaşıblar. Gənclərin qəzaya düşdüyü ərazidən də daha əvvəl video paylaşdığı qeyd edilib.

Xatırladaq ki, dəhşətli qəza oktyabrın 11-i saat 20:40-da Abşeron rayonu, Duz gölü kənarında Masazır kəndindən Novxanı istiqamətində gedən yolda baş verib. Hər iki gənc hadisə yerində həlak olub.

“Kia Rio” markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdlü Məlikov Allahverən Rasim oğlu və 2007-ci il təvəllüdlü Yusifzadə Fərid Zamin oğlu olması müəyyənləşib.

Motosikleti idarə edən A.Məlikovun sürücülük hüququ olmayıb.

Faktla bağlı Abşeron RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki