image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-eskipara-yeni

Azərbaycanlı çoban Ermənistana belə keçib – Təfərrüat

image-legitimaz-810x90

Azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olmasının təfərrüatı məlum olub.

 

Xeberaz.info xəbər verir ki, həmin şəxs Tovuz rayonunun Ağdam kənd sakini imiş və özünə məxsus heyvanları otarırmış.

Həmin şəxs mütəmadi spitli içki qəbul edirmiş. O, həmin gün də heyvanları otarmaq üçün sərhədyanı əraziyə gedib və orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan həmin şəxs sərhədi Ermənistan tərəfə keçib və Çinari kəndi ilə sərhəddə saxlanılıb.

Məlumata görə, sərhədi keçən şəxsin psixoloji problemləri olub və bir neçə dəfə də bu xəstəlikdən müalicə alıbmış.

Qeyd edək ki, Ermənistan mətbuatının Tovuzqala (Berd) rayonundakı mənbələrinə istinadən yaydığı məlumata görə, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığından qarşı tərəfə keçib və Ermənistan hərbi polisi tərəfindən saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki