Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xeberaz.info xəbər verir ki, yol qəzası zamanı Bilal Yunis oğlu Nuriyev həyatını itirib.
Qeyd edək ki, Bilal Nuriyev uzun illər Zərdab rayonunda rəis müavini vəzifəsində çalışıb. O, son dövrlərdə Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində hüquq məsləhətçisi kimi fəaliyyət göstərib.


























