image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-97d7305af141d9477bf9ee0ebb8eb407

İranın xarici işlər naziri: “Küveytin İran gəmisinə müdaxiləsi qanunsuz idi”

image-legitimaz-810x90

İranın xarici işlər naziri Abbas Əraqçi sosial media paylaşımında Küveytin İran İnqilab Keşikçiləri Korpusuna bağlı silahlı bir qrupun “Küveytə qarşı düşmənçilik hərəkətləri həyata keçirmək məqsədi ilə” Bubiyan adasına sızmağa cəhd etməsi iddiası ilə bağlı açıqlamasına münasibət bildirib.

Əraqçi bildirib ki, “Küveyt münaqişə yaratmaq üçün açıq şəkildə İran gəmisinə qanunsuz hücum edib və Fars körfəzində dörd vətəndaşımızı saxlayıb.

Küveytin müdaxiləsinə reaksiya verən Əraqçi əlavə edib ki, bu qanunsuz hərəkət ABŞ-nin İrana qarşı hücumlar üçün istifadə etdiyi bir adanın yaxınlığında baş verib.

O, İran vətəndaşlarının dərhal azad edilməsini tələb etdiklərini və “qisas almaq hüququnu özündə saxladıqlarını” bildirib.

Küveyt və İran arasında “qayıqla sızma cəhdi” iddiaları

12 mayda Küveyt İran İnqilab Keşikçiləri Korpusuna məxsus olduğu iddia edilən silahlı bir qrupun “Küveytə qarşı düşmənçilik hərəkətləri həyata keçirmək məqsədi ilə” Bubiyan adasına sızmağa cəhd etdiyini açıqlayıb.

Küveyt Daxili İşlər Nazirliyinin yazılı açıqlamasında deyilir ki, qrup xüsusi olaraq icarəyə götürülmüş balıqçı qayığından istifadə edərək Bubian adasına sızmaq vəzifəsi daşıdığını etiraf edib.

Lakin İran Xarici İşlər Nazirliyi iddiaların əsassız olduğunu və dörd iranlının dəniz patrul missiyası zamanı naviqasiya sistemindəki nasazlıq səbəbindən Küveytin ərazi sularına daxil olduğunu, lakin Küveytin məsələni “siyasi təbliğata” çevirdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki