Vaşinqton İranla bağlı qərar mərhələsinə çatıb və doğru, tam qənaətbəxş cavablar alınmasa, hadisələr çox sürətlə inkişaf edə bilər.
Xeberaz.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Tam qərar astanasındayıq. Əgər doğru cavablar almasaq, işlər çox sürətlə gedəcək. Biz tam hazırıq. İranlı danışıqçılar əvvəlkilərlə müqayisədə daha məntiqlidirlər və müharibənin, insan itkilərinin qarşısını alan bir razılaşmanın əldə olunacağına ümid edirik”, – Tramp qeyd edib.
Onun sözlərinə görə, əgər bir neçə gün gözləmək müharibənin və insan tələfatının qarşısını ala biləcəksə, gözləməyə dəyər.


























