Salyan rayonunda evakuatorun qırılan trosu ölümə səbəb olub.
Xeberaz.info-nun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunda, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Sədrəddin Mirzağa oğlu Quliyevin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
Lakin qəzadan sonra hadisə yerinə gələn evakuator avtomobili yedəyinə çəkərkən tros qırılıb və sürücüyə dəyərək onu öldürüb.
Faktla bağlı araşdırma aparılır.