image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-yangin-avto

İsmayıllıda avtomobil aşaraq yandı: ölü və yaralı var

image-legitimaz-810x90

İsmayıllıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Xeberaz.info xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində, Topçu kəndində qeydə alınıb.

Belə ki, “Mersedes E-240” markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücü və avtomobildəki sərnişinin (qadın) meyiti ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların hər ikisinin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki