Krımda azərbaycanlı Mahir Məmmədov dron hücumu zamanı həlak olub.
Xeberaz.info xəbər verir ki, hücum zamanı o, yük avtomobili idarə edirmiş. Hadisədə onun avtomobili də yanıb.
Qeyd edək ki, Mahir Məmmədov Gürcüstanın Bolnisi bələdiyyəsinin Arıxlı kənd sakinidir.
Mərhumun nəşinin yaxın günlərdə Arıxlı kəndinə gətirilməsi üçün müvafiq işlər görülür.


























