image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-mina-partlayish-yeni

Ağdərədə 21 yaşlı oğlan atla birgə minaya düşdü

image-legitimaz-810x90

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.

Xeberaz.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Tərtər rayon sakini 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Sərxan Rüstəmzadə yüngül xəsarət alıb.

Vətəndaş ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki