image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ac1c542438066a0b118759e3a757e3f2

Beyləqanda ağır qəza – Ata öldü, qızı yaralandı

image-legitimaz-810x90

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonun Bolsulu kənd sakini 1962-ci il təvəllüdlü Kərimov Seymur Qaraca oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn “Ford” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ-2107″nin sürücüsü S.Kərimov və avtomobildə olan 1996-cı il təvəllüdlü qızı Muradova Aytən müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səylərinə baxmayaraq S.Kərimov xəstəxanada dünyasını dəyişib.

Onun qızı A.Muradovaya ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki