image-krim

AB Krımın Rusiyaya verilməsinə qarşı çıxdı

Avropalılar Ukrayna münaqişəsinin həlli çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınması və Rusiyaya qarşı sanksiyaların ləğvi təklifinə qarşı çıxır.

”Xeberaz.info” xəbər verir ki, bu barədə “Röyters” avropalı diplomatlara istinadla məlumat yayıb.

Diplomatların bildirdiyinə görə, ABŞ-ın yarımadanın Rusiya kimi tanınması təklifi Avropa və Ukrayna üçün gerçəkləşməyən ideyadır.

Qeyd edək ki, AB-nin baş diplomatı Kaya Kallas ötən gün Krımın Ukrayna ərazisi olduğunu xüsusi vurğulamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki