image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

   Türkiyə-Azərbaycan əlaqələrinin xüsusi yeri, rolu var

image-legitimaz-810x90

   Türkiyə-Azərbaycan əlaqələrinin xüsusi yeri, rolu var.

 

Türklər tarixən dünyada nizam və ədalət nümunəsi olublar. Bu gün güc­lənməkdə olan Türk dünyası üçün bu amil son dərəcə vacibdir. Türk Dövlətləri Təşkilatı da mövcud istiqamətdə strukturlaşmış siyasət yürütməkdədir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda dün­yanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur, müharibələr, qanlı münaqişələr alov­lanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsiz­liyin əsas zəmanətinə çevrilir. Hesab edilir ki, üzv ölkələr arasında təhlükə­sizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artma­lıdır.

Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Şuşa şəhəri dövrün bir sıra çətinlikləri ilə üzləşib, işğallara məruz qalıb. Erməni qəsbkarları zor gücünə Şuşanı işğal etmişdilər.

2020-ci il noyabr ayının 8-də Şuşa şəhərini Müzəffər Ali Baş Komandan İlham Əliyevin və mübariz Azərbaycan xalqının qətiyyəti sayəsində qəhrəman ordumuz erməni qəsbkarlarının əlindən azad etdilər.  Şuşa indi azad nəfəs alır. Şuşa keçmiş şöhrətinə qovuşub.

2021-ci ildə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi bizim münasibətlərimizin sanki zirvəsidir, tacıdır. Öncədən müttəfiq olsaq da Şuşa Bəyannaməsi bizi rəsmən müttəfiq etdi.

O cümlədən 2023-cü ildə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü türk dövlətlərinin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti nümunəsi oldu. Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində Türk Dövlətləri Təşkilatı səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türk dövlətlərilə geniş münasibətlərə malikdir və bu ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür edə bilərik. Azərbaycan bu təşkilatın yaranmasında yaxından iştirak edib, hər zaman türk dünyasının sıx birləşməsinə çalışıb.

 

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki