image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17951516672068023374_1200x630

Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında 2025-ci il xüsusi əhəmiyyət daşıyır

image-legitimaz-810x90

Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında 2025-ci il xüsusi əhəmiyyət daşıyır

 

Həmin ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri keçirildi. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə aparılan danışıqlar iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Nəticədə Azərbaycan və Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildi.

Bu hadisə 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə əsası qoyulmuş dostluğun yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Uzun illər ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş münasibətlər artıq daha geniş siyasi və iqtisadi əməkdaşlıq imkanları qazandı.

Həmin səfər zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Azərbaycan neft sənayesi ilə əlaqələrinə həsr olunmuş xatirə otağının açılması da xüsusi əhəmiyyət daşıdı. Bu addım iki ölkənin ortaq tarixinin qorunması, gələcək nəsillərə çatdırılması və tarixi şəxsiyyətlərin xatirəsinin yaşadılması baxımından mühüm hadisədir.

Bu gün Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Enerji, sənaye, ticarət, təhsil, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər bu münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Azərbaycan ilə Vyetnam arasında münasibətlərin tarixinə nəzər saldıqda aydın görünür ki, bu dostluq bir günün, bir görüşün və ya bir sənədin nəticəsi deyil. Onun arxasında uzun illər ərzində formalaşmış qarşılıqlı hörmət, etimad, zəhmət və həmrəylik dayanır. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə başlayan bu münasibətlər zaman keçdikcə daha da möhkəmlənmiş, müxtəlif sahələrdə əməkdaşlığa çevrilmişdir.

Bu tarixi hadisənin ən mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan xalqı özünün bilik və təcrübəsini Vyetnam xalqı ilə bölüşmüş, çətin dövrlərdə ona dəstək göstərmişdir. Azərbaycanlı mütəxəssislərin Vyetnamda gördüyü işlər, burada təhsil almış vyetnamlı gənclər və iki ölkənin neft sənayesi sahəsindəki əməkdaşlığı dostluğun real nümunələridir.

Bu gün həmin dostluq ənənələri yeni nəsillər tərəfindən davam etdirilir. Azərbaycan və Vyetnam xalqları bir-birinin tarixinə, mədəniyyətinə və milli dəyərlərinə hörmətlə yanaşır, qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər.

1959-cu il iyulun 23-də Ho Şi Minin Bakıya səfəri Azərbaycan tarixində sadəcə bir xarici dövlət rəhbərinin ölkəmizə gəlişi kimi qiymətləndirilə bilməz. Bu səfər iki xalq arasında uzunömürlü dostluğun, qarşılıqlı yardımın və səmimi münasibətlərin başlanğıcı olmuşdur. Həmin gün Bakıda yaranan dostluq sonrakı onilliklər ərzində minlərlə insanın fəaliyyəti, əməyi və qarşılıqlı münasibətləri ilə daha da möhkəmlənmişdir.

Bu gün Azərbaycan ilə Vyetnam arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri 1959-cu ildə qoyulmuş tarixi dostluq təməlinin davamıdır. Ho Şi Minin Bakı səfəri isə xalqlarımızın yaddaşında dostluğun, qarşılıqlı dəstəyin və səmimi əməkdaşlığın unudulmaz nümunəsi kimi yaşayır.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki