image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-495008d166cbf7518e1df8e26972cbe3

Zelenskinin Trampdan XAHİŞİ: “Sülhü təkcə siz təmin edə bilərsiniz”

image-legitimaz-810x90

Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı aparılan sülh danışıqlarından çəkilməməsini xahiş edib.

”Xeberaz.Info” xəbər verir ki, bu barədə nüfuzlu “The Economist” jurnalı məlumat yayıb. Nəşrin yazdığına görə, Vatikan görüşü zamanı Zelenski Trampa açıq şəkildə bildirib ki, yalnız o, sülh prosesini sonadək çatdırmağa qadirdir.

“Tramp sülh işini yarımçıq qoymamalıdır. Bu prosesi sona qədər apara biləcək tək şəxs elə özüdür”, – deyə Ukrayna Prezidentinin dediyi sözlərdən sitat gətirilir.

Qeyd edək ki, Tramp ABŞ-ın hazırkı Prezidenti kimi Rusiya-Ukrayna müharibəsində vasitəçilik imkanlarını bir neçə dəfə dilə gətirib. Zelenskinin bu çağırışı isə onun həmin planlara ciddi ümid bəslədiyini göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki