image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1791443348_1791352267_1791033733_1613831981_1613830090_1613825128_bayraq_baki

Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti Azərbaycanın müstəqillik tarixinin mühüm bir hissəsini təşkil edir

image-legitimaz-810x90

Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti Azərbaycanın müstəqillik tarixinin mühüm bir hissəsini təşkil edir

 

Partiyanın yaranması ölkəmizin ən çətin dövrünə təsadüf etmiş, onun qarşısına qoyduğu əsas məqsədlər isə dövlət müstəqilliyinin qorunması, sabitliyin bərpası və güclü Azərbaycanın qurulması olmuşdur.

Bu gün Azərbaycan müstəqil, suveren və qalib dövlət kimi öz inkişaf yolunu davam etdirir. Vaxtilə ölkəmizin gələcəyi ilə bağlı ciddi narahatlıqların yaşandığı bir dövrdən bu günə qədər keçilən yol böyük tarixi dəyişikliklərlə zəngindir. Bu dəyişikliklərin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl inkişaf strategiyası dayanır.

Yeni Azərbaycan Partiyası da yarandığı gündən etibarən ölkənin siyasi həyatında fəal iştirak edərək bu proseslərin mühüm iştirakçısına çevrilmişdir. Partiyanın sıralarında yüz minlərlə insanın birləşməsi, onun müxtəlif ictimai-siyasi proseslərdə iştirakı və qarşıya qoyduğu məqsədlər bu təşkilatın ölkəmizin siyasi həyatındakı yerini müəyyən edir.

Şübhəsiz ki, 34 il ərzində əldə olunan nailiyyətləri bir yazıda tam əhatə etmək mümkün deyil. Lakin bir həqiqət aydındır: Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müstəqillik tarixində mühüm dönüş nöqtələrindən biri olmuşdur. Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi “Qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövr idi” fikri də partiyanın keçdiyi tarixi yolu və ölkəmizin inkişafındakı rolunu ifadə edir.

Bu gün qarşıda duran əsas vəzifə əldə olunmuş tarixi nailiyyətləri qorumaq, müstəqilliyimizi daha da möhkəmləndirmək, iqtisadi və sosial inkişafı davam etdirmək, gənc nəslə dövlətçilik ənənələrini aşılamaq və Azərbaycanın gələcək uğurları naminə birlik və həmrəylik nümayiş etdirməkdir. Yeni Azərbaycan Partiyasının 34 illik tarixi də məhz bu məqsədlər uğrunda həyata keçirilən siyasi fəaliyyətin və dövlətçilik yoluna sədaqətin nümunəsi kimi qiymətləndirilir.

Yeni mərhələdə Böyük Qayıdış Proqramının davam etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış və infrastruktur şəraitinin yaradılması, ordumuzun müdafiə imkanlarının artırılması, iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi əsas vəzifələr sırasındadır. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiqləndi, İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibi ilə bağlı qərarlar qəbul edildi.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki