image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-9c504929e47bebc4c4d56b60fd4c08da_rts2mzsj-pic905-895x505-12648

Trampın komandası Qrenlandiyanı zəbt etməyə alternativ tapıb

image-legitimaz-810x90
Ağ Evdə Qrenlandiyanın ABŞ-ın nüfuz dairəsinə cəlb olunması ilə bağlı plan müzakirə olunur.

Xeberaz.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məsələyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Agentliyin üç mənbəsinin sözlərinə görə, Vaşinqtonda Qrenlandiyaya ABŞ ilə azad assosiasiya haqqında müqavilə təklif etmək variantı nəzərdən keçirilir. Qeyd olunur ki, bu cür razılaşmalar əvvəllər Mikroneziya, Marşall adaları və Palau kimi kiçik ada dövlətləri ilə imzalanıb.

Bu razılaşmalara əsasən, ABŞ həmin ölkələrə hərbi müdafiə də daxil olmaqla, müxtəlif xidmətlər təqdim edir və əvəzində onların ərazilərində tam sərbəst hərəkət etmək hüququ qazanır. Həmçinin həmin ölkələr ABŞ-la gömrük rüsumu ödəmədən ticarət aparmaq imkanına malikdirlər.

Materialda bildirilir ki, bu yanaşma Trampın Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirmək niyyətinə alternativ kimi qiymətləndirilir. Bununla yanaşı, “Reuters”ə danışan mənbələr bildiriblər ki, Vaşinqtonda Qrenlandiya ilə bağlı yalnız bu plan müzakirə olunmur.

Qeyd edək ki, mayın 5-də Donald Tramp Qrenlandiyanın ABŞ-a birləşdirilməsi üçün hərbi qüvvədən istifadə ehtimalından danışıb. Dövlət başçısı bu variantın istisna olunmadığını bildirib və Vaşinqtonun “beynəlxalq təhlükəsizliyin” təmin olunması məqsədilə bu Danimarka adasına ehtiyacı olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki