image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8fbddc7d6c6b7f89f44fce0b66baac67

Tramp ölüm ehtimalına qarşı Vans üçün gizli məktub saxlayıb – sensasion iddia

image-legitimaz-810x90

ABŞ prezidenti Donald Trampın ölüm ehtimalı ilə bağlı vitse-prezident Cey Di Vans üçün gizli təlimatlar hazırladığı iddia olunub.

Xeberaz.info xəbər verir ki, bu barədə Ağ Evin terrorla mübarizə üzrə müşaviri Sebastian Qorka danışıb.

Onun sözlərinə görə, Tramp ikinci prezidentlik müddəti ərzində öldürüləcəyi halda atılacaq addımlarla bağlı Vans üçün “dəqiq instruk­siyalar” qoyub. Bildirilir ki, sənəddə ABŞ prezidentinə qarşı sui-qəsd halında cavab zərbəsinin ssenarisi də yer alıb.

Xatırladaq ki, Donald Tramp daha əvvəl İranın ona qarşı sui-qəsd təşkil edəcəyi təqdirdə Tehranın “yer üzündən silinəcəyi” barədə sərt açıqlama vermişdi.

Məlumata görə, Trampın Çinə səfəri fonunda təhlükə ilə bağlı müzakirələr daha da artıb. Sebastian Qorka hətta “havada olan hansısa maddə” səbəbindən insanın yalnız bir ay sonra xəstələnə biləcəyini də ehtimal kimi səsləndirib.

Bununla yanaşı, o, Trampın təhlükəsizlik xidmətinin “çox etibarlı” olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki