image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-c40612a3a032eab816663eb2608e0ad5

Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb

image-legitimaz-810x90

ABŞ Prezidenti Donald Tramp müəyyən məqamda Çinə qarşı idxal rüsumlarını azaldacağını, çünki bu addım olmadan Vaşinqton və Pekinin bir-biri ilə biznes apara bilməyəcəklərini açıqlayıb.

”Xeberaz.info” xəbər verir ki, bu barədə Amerika lideri “NBC News” telekanalına müsahibəsində danışıb.

“Hansısa məqamda mən onları (rüsumları – red.) azaldacağam, çünki əks halda biz onlarla biznes apara bilməyəcəyik”, – o, müvafiq suala cavabında bildirib, lakin belə bir qərar qəbul edə biləcəyi zaman çərçivəsini göstərməyib.

Trampın sözlərinə görə, Çin ABŞ ilə sahibkarlıq fəaliyyəti aparmağı “son dərəcə çox” istəyir, çünki ÇXR-in iqtisadiyyatı hazırda “özünü çox pis hiss edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki