image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-turkey_russia_trade_army_s400

Rus qoşunları Zaporojye istiqamətinə əlavə qüvvələr toplayır

image-legitimaz-810x90

Rusiya qüvvələrinin guya “May atəşkəsi”nə hazır olduqları ilə bağlı bəyanatlarına baxmayaraq, cəbhə xəttində hücumların intensivliyi getdikcə artır. Xüsusən də düşmən Zaporojye vilayətində cəbhəni yarmaq cəhdlərini gücləndirib, rayon mərkəzinə yaxınlaşmağa cəhd edirlər.

Xeberaz.İnfo” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Sergey Kuzan məlumat verib.

Onun sözlərinə görə, rus qoşunları Zaporojye istiqamətinə əlavə qüvvə və texnika göndərir:

“Xerson nümunəsindən istifadə edərək, cəbhədə rusların taktikasını görə bilərik. Onlar mühasirəyə ala bilmədikləri hər hansı rayon mərkəzinə yaxınlaşan kimi əhalini qovmaq taktikasını seçirlər. Ruslar təsadüfi olaraq mülki obyektləri: evləri, maşınları və s. atəşə tutmurlar”.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti mayın 8-10 aralığı üçün atəşkəs təklif etsə də, V.Zelenski bununla razılaşmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki