image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1746528282-7b52b9a3-5ce9-3942-94f9-c9abeef15798_850

Putin Pezeşkianla danışdı

image-legitimaz-810x90

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

“Xeberaz.info” xəbər verir ki, bu  barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər yanvarın 17-də Pezeşkianın Rusiyaya səfəri zamanı imzalanmış iki dövlət arasında “Hərtərəfli Strateji Tərəfdaşlıq” haqqında Müqavilə əsasında Rusiya-İran əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Bundan əlavə, cari regional və beynəlxalq problemlər, o cümlədən Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında İranın nüvə proqramı üzrə danışıqların gedişi ilə bağlı fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki