image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1746388892-1095053827_180_0_2911_2048_1920x0_80_0_0_7a500f0bfa6509f6887e57cad0e36440

Putin nəvələrindən danışdı

image-legitimaz-810x90

Rusiya prezidenti Vladimir Putin nəvələri haqda danışıb.

”Xeberaz.info” xəbər verir ki, Putin Pavel Zarubinə müsahibəsində deyib ki, nəvələri sərbəst şəkildə Kremlə gələ bilərlər, lakin onlar səfərləri barədə əvvəlcədən xəbərdarlıq edirlər.

Putinin sözlərinə görə, yaxınları onun işinin xüsusiyyətlərini başa düşürlər.

“Məni əvvəlcədən xəbərdar etməyə çalışırlar, soruşurlar ki, nə vaxt onları görmək üçün hansısa “pəncərə” olacaq?”, – deyə Putin bildirib.

Zarubin Rusiya prezidentinin nəvələrinə qarşı sərt olub-olmadığını soruşduqda o, mənfi cavab verib.

Qeyd edək ki, Vladimir Putin 1983-cü ildən Lyudmila Putina ilə evlidir. Onların iki qızı var: Mariya və Yekaterina. 2013-cü ildə prezident və həyat yoldaşı boşandıqlarını elan etdilər. Lyudmila Putina bildirib ki, onlar dövlət başçısının işləri səbəbindən və bir-birlərini görmədiklərindən nikahlarını pozublar.

2017-ci ildə canlı yayımda Putin ikinci dəfə baba olduğunu demişdi. O, nəvələrinin “narahat edilməsindən” qorxaraq onların adını çəkməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki