image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-pakistan-ordu-1

Pakistan ordusundan əməliyyat: terrorçular məhv edildi

image-legitimaz-810x90

Pakistan ordusu Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda antiterror əməliyyatı keçirib.

”Xeberaz.Info” xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Əməliyyatlar zamanı ölkədə qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının (əvvəllər “Təhrik-i-Taliban Pakistan” və ya “Pakistan Taliban Hərəkatı” kimi tanınır) 6 üzvü məhv edilib, daha 4-ü isə yaralanıb.

Ərazinin terrorçulardan təmizlənməsi ilə bağlı əməliyyatlar davam etdirilir.

Qeyd edək ki, hərbçilər arasında itkinin olmadığı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki