image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8c51b3fb343e758c22e0ac9216dadbb3

  Pakistan BMT Təhlükəsizlik Şurasının TƏCİLİ İCLASINI tələb edir – Hindistanla gərginlik artır

image-legitimaz-810x90

Pakistan Hindistanla artan gərginlik fonunda BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

”Xeberaz.info” xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.

Məlumata görə, İslamabad son günlərdə iki ölkə arasında sərhəd bölgələrində və siyasi münasibətlərdə müşahidə olunan gərginliyin daha da dərinləşəcəyindən narahatdır. Diplomatik mənbə bildirib ki, Pakistan bu məsələni beynəlxalq gündəmə çıxarmaq və regionda təhlükəsizlik təhdidlərinə diqqət çəkmək niyyətindədir.

Hazırda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri vəziyyəti qiymətləndirir, lakin iclasın konkret vaxtı hələ açıqlanmayıb.

Qeyd edək ki, Pakistan və Hindistan arasında uzun illərdir davam edən Kəşmir münaqişəsi tərəflər arasında əsas qarşıdurma səbəblərindən biri olaraq qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki