image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1745478222-454219780_0_0_2346_1321_1920x0_80_0_0_7b6df896b9e2f12e43c801e93b17583e

“Moskva nüvə silahından istifadə etmək hüququna malikdir” – Şoyqu

image-legitimaz-810x90

“Qərb ölkələrinin hücumu halında Moskva nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır”.

”Xeberaz.info”  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

Onun sözlərinə görə,  belə bir halın baş verməsi hüquqidir.

“2024-cü ilin noyabrında “Rusiya Federasiyasının nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarına” düzəlişlər edilib. Ona görə ki, Rusiya ona və ya Belarus Respublikasına qarşı hücum zamanı, o cümlədən adi silahlardan istifadə etməklə nüvə silahından istifadə etmək hüququnu özündə saxlasın”, – o deyib.

Şoyqunun sözlərinə görə, “Rusiya Avropa ölkələrinin hərbi hazırlıqlarını diqqətlə izləyir”.

“Rusiya Federasiyasının Milli Təhlükəsizlik Strategiyasına uyğun olaraq, xarici dövlətlər tərəfindən Rusiya Federasiyasının suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan qeyri-dost hərəkətlərə yol verildiyi halda, ölkəmiz bu cür hərəkətlərin qarşısını almaq üçün zəruri olan simmetrik və asimmetrik tədbirlərin görülməsini qanuni hesab edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki