image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-0b10553ec3e2989c67e26293385749a9

Lavrovdan şok açıqlama: Krım və yeni bölgələrin tanınması danışıqların şərtidir

image-legitimaz-810x90

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Krım və Rusiyaya birləşdirilmiş dörd yeni regionun beynəlxalq səviyyədə tanınması Ukrayna ilə sülh prosesinin vacib şərtidir.

”Xeberaz.Info” xəbər verir ki, Lavrov bu barədə Braziliyanın “O Globo” qəzetinə verdiyi müsahibədə danışıb. O qeyd edib ki, Rusiya həmçinin NATO, Avropa İttifaqı və onların bəzi üzv dövlətlərinin düşmən fəaliyyətlərindən doğan təhlükələrə qarşı öz sərhədlərində etibarlı təhlükəsizlik zəmanətləri əldə etməyə çalışacaq.

Lavrovun sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlara açıq qalır, lakin hazırkı mərhələdə “top Kiyevin tərəfindədir” və Ukrayna rəhbərliyi hələ də razılığa meylli olmadığını göstərir.

Rusiyalı nazir əlavə edib ki, Moskva ilə Vaşinqton arasında Ukraynadakı vəziyyətin nizamlanmasına dair dialoq davam edir və tərəflər qarşılıqlı məqbul nəticələr əldə etməyə ümid edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki