image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-620adf05f26798fe08d286662b2f201c

Kremlin sözçüsü: “Putinin may bayramları üçün atəşkəs təşəbbüsü qüvvədədir”

image-legitimaz-810x90

Rusiya Prezidenti Vladimir Putinin may bayramları dövründə atəşkəs elan olunması ilə bağlı təşəbbüsü gündəmdə qalır.

”Xeberaz.info” xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

“Putinin bayram günlərində atəşkəslə bağlı təşəbbüsü qüvvədədir. Bu istiqamətdə müvafiq göstərişlər də verilib. Lakin əgər Ukrayna Silahlı Qüvvələri Rusiya hərbi mövqelərinə zərbə endirməyə cəhd etsə, dərhal adekvat cavab veriləcək”, – deyə Peskov bildirib.

Kreml rəsmisinin sözlərinə görə, Kiyevdən bu təşəbbüsə hələlik rəsmi reaksiya verilməsə də, Moskva tərəfindən irəli sürülən təklifin aktuallığı davam edir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 9 May – Qələbə Günü və digər may bayramları ərəfəsində cəbhədə gərginliyin azaldılması üçün atəşkəs elan olunmasını təklif etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki