Hindistan hücum zamanı Pakistanın həyati əhəmiyyətli su ehtiyatlarına zərər vurmağa çalışıb.
”Xeberaz.info” xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
Xatırladaq ki, mayın 7-nə keçən gecə Hindistan aviasiyası Pakistanda doqquz hədəfə zərbələr endirib. Pakistan ordusu isə döyüşlər zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus ikisi “Rafale” olmaqla, 5 qırıcısını, həmçinin 5 ədəd PUA-sını vurub.