image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-mariya_zaxarova

Generalın ölümündə Ukraynanın əli ola bilər – Zaxarova

image-legitimaz-810x90

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general Yaroslav Moskalikin qətlində Ukrayna xüsusi xidmət orqanlarının əli ola bilər.

Xeberaz.İnfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskalik Ukrayna xüsusi xidmət orqanlarına Ukraynanın cənub-şərqindəki münaqişənin həlli üçün Minsk təmas qrupunda və “Normandiya” formatında işlədiyi vaxtdan tanış olub.

Qeyd edək ki, Moskva vilayətinin Balaşixa şəhərində minik avtomobilinin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki