image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-erdogan-cixish

Ərdoğandan məktəbə edilən hücuma reaksiya

image-legitimaz-810x90

Bütün Türkiyəni dərin kədərə qərq edən Qəhrəmanmaraşdakı silahlı hücumdan zərər çəkən bütün vətəndaşlarımıza, bütün ailələrimizə və xüsusən də sevimli uşaqlarımıza dərin hüznlə başsağlığı verirəm.

Xeberaz/info  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında yazıb.

“Prokurorlarımız, mülki idarəetmə və təhsil müfəttişlərimiz dərhal başlanan araşdırmaları diqqətlə aparırlar. Hadisə, şübhəsiz ki, bütün aspektləri ilə araşdırılacaq.

Millət olaraq hamımızı kədərləndirən hücumdan siyasi polemika və reytinq üçün vasitə kimi istifadə edilməməsi mənəviyyat və vicdan borcudur. Kədərdə siyasət yoxdur.

Vəziyyətin həssaslığını nəzərə alaraq, cəmiyyətin bütün təbəqələrindən, xüsusən də mətbuat üzvlərimizdən lazımi diqqəti göstərmələrini xahiş edirəm.

Bu proses zamanı millətimizdən yalan və aldadıcı xəbərlərə, yaxud dezinformasiya ehtiva edən paylaşımlara inanmamağı və müvafiq dövlət qurumlarımızın açıqlamalarına qulaq asmağı xahiş edirəm”, – Ərdoğan qeyd edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki