image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8b8aead3a56be31829d9505c6fe36db6

Almaniyada yeni hökumət qurulur – sürpriz koalisiya

image-legitimaz-810x90

Almaniya Sosial-Demokrat Partiyasının (SPD) həmsədri Lars Klinqbayl yeni hökumətdə vitse-kansler və maliyyə naziri təyin olunacaq.

”Xeberaz.Info” xəbər verir ki, bu barədə NTV telekanalı partiyadakı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, bu qərar partiyanın prezidiumu tərəfindən yekdilliklə qəbul edilib. Bundan əvvəl, çərşənbə axşamı Almaniya Sosial-Demokrat Partiyasının üzvlərinin əksəriyyətinin Xristian-Demokrat və Xristian-Sosial İttifaqları blokları ilə koalisiya sazişini təsdiqlədiyi məlum olmuşdu. Bu, ölkədə yeni hökumətin qurulmasına yol açır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki