image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8ed6805082888309c7e26b43247c465c

ABŞ Husilərin 800-dən çox hədəfini vurub – CENTCOM hesabat verdi

image-legitimaz-810x90

Martın ortalarından bəri ABŞ ordusu Yəmənin Ənsər-Allah təşkilatının 800-dən çox hədəfinə zərbələr endirib.

”Xeberaz.info” xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, zərbələr nəticəsində yüzlərlə husi döyüşçüsü və bir neçə husi lideri öldürülüb.
ABŞ ordusunun məlumatına görə, əməliyyat başlayandan bəri husilərin ballistik raket buraxılışlarının sayı 69 faiz, pilotsuz təyyarələrin zərbələri isə 55 faiz azalıb.

Qeyd edək ki, martın 15-də ABŞ prezident Donald Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən Husi hədəflərinə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki