image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2d6d4720-5a29-42f6-86a8-14c9e58edd4c

YAP Saatlı rayon təşkilatının “Şirinbəyli” ərazi partiya təşkilatında VIII Qurultayın hədəfləri müzakirə olunub – FOTOLAR

image-legitimaz-810x90

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının “Şirinbəyli” ərazi partiya təşkilatında Prezident, partiyanın Sədri cənab İlham Əliyevin VIII qurultayındakı nitqində irəli sürülən məsələlər və qarşıdakı dövr üçün müəyyən etdiyi fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.

Xeberaz.info xəbər verir ki, tədbir iştirakçıları ilk öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və konseptual nitqinin ideoloji-siyasi mahiyyəti, təhsil işçilərinin cəmiyyətdəki mənəvi-ideoloji rolu və ərazi partiya təşkilatlarının qarşısında duran mühüm vəzifələr barədə geniş, ətraflı çıxış edib. Vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası yaranmasından bu günədək ölkəmizin siyasi stabilliyinin, iqtisadi və intellektual tərəqqisinin ideoloji ana sütunu olmuşdur.
Daha sonra “Şirinbəyli” ərazi partiya təşkilatının sədri Qənbər Nəcimov çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə təməlini qoyduğu Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin xilası və inkişafı yolunda ən güclü siyasi qüvvəyə çevrilmişdir.
Tədbir iştirakçıları – Mahmud Cavadov və Həmdi Eyvazov çıxış edərək bildirdilər ki, Müzəffər Ali Baş Komandanın liderliyi ilə qazanılan möhtəşəm Zəfərlər və suverenliyimizin tam bərpa olunması yetişən gənc nəslin vətənpərvərlik tərbiyəsinin nə qədər sağlam təməllər üzərində qurulduğunun parlaq sübutudur.
Görüşün sonunda ərazi partiya təşkilatının cari işləri nəzərdən keçirilib və qarşıdakı dövr üçün müvafiq fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

image-2d6d4720-5a29-42f6-86a8-14c9e58edd4cimage-4c5a8568-aed0-4b6f-aa87-73985b11d6f4image-a171ebbe-09cc-4e1a-b1da-c793e8ee4311image-ae51e30d-7067-4454-9c67-e498806e0a09image-8b865162-e240-43fc-9827-1e44b617fd31image-aa4b0b02-1074-421c-aa34-98605cb61220


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki