image-0bed8997-31c8-4300-8658-cc8720f84fd6

Naxçıvanda konfrans sərgi keçirilib

Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda Azərbaycanın görkəmli teatr rəssamı, Naxçıvan Rəssamlar Təşkilatının ilk sədri, Muxtar Respublikanın Əməkdar incəsənət xadimi Məmməd Qasımovun 100 illik yubileyinə həsr olunmuş konfrans ~ sərgi keçirilib.

”Xeberaz.info” Xeberver.az-a istinadən xəbər verir ki, tədbirə başlamazdan öncə, Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyasını dəyişmiş rəssamların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva konfransın mahiyyəti və sərgi haqqında məlumat verib və konfransı açıq elan edib.

Ardından, Araz Xudiyev tərəfindən yığılan, sənətkarın həyat yolunu və yaradıcılığını əks etdirən videoçarx izlənilib.

Konfransda AMEA Naxçıvan Bölməsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanov, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Azərbaycan Rəssamlar və Teatr Xadimləri ittifaqlarının üzvü, sənətşünas Fizzə Quliyeva, Xalq artisti, aktyor və rejissor Kamran Quliyev, Naxçıvanın Əməkdar rəssamı Həmzə Sadiqov, Naxçıvan MR İncəsənət xadimi Elman Cəfərov çıxış edərək, Məmməd Qasımovun həyat və yaradıcılığını əhatə edən məruzələrini təqdim ediblər. Konfransı yekun nitqi ilə yubilyarın oğlu Ələkbər Qasımov çıxış etmiş, keçirilən tədbir üçün təşkilatçılara təşəkkür etmişdir.

Konfransın sonunda moderator Pınar xanım, hər kəsi sərgiyə baxmaq üçün dəvət edib.

Sərgi ekspozisiyasında rəssamın 70 yaxın işi təqdim olunub, bura müxtəlif illəri əhatə edən tamaşaların afişləri-elanları da daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki