image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-f3bd5ad5160768804946697393410748789

Peşəkar kadr hazırlığı

image-legitimaz-810x90

Peşəkar kadr hazırlığı

Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. Hər bir dövlətin müdafiə qüdrətinin əsas göstəricilərindən biri peşəkar hərbi kadrların hazırlanmasıdır. Azərbaycan Respublikasında müasir hərbi təhsil sisteminin formalaşdırılması və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. O, milli ordunun güclənməsinin ilk növbədə yüksək bilik və bacarıqlara malik zabit heyətinin yetişdirilməsindən asılı olduğunu xüsusi vurğulayırdı. Hərbi Akademiyanın yaradılması Silahlı Qüvvələr üçün yüksəkixtisaslı komandir və qərargah zabitlərinin hazırlanmasına, eləcə də hərbi elmin inkişafına geniş imkanlar açdı. Akademiya qısa müddətdə ölkənin aparıcı hərbi təhsil müəssisələrindən birinə çevrilərək Azərbaycan Ordusunun peşəkar kadr potensialının möhkəmləndirilməsində mühüm rol oynadı.

2001-ci ildə həyata keçirilən struktur dəyişiklikləri isə hərbi təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin fəaliyyətinin təkmilləşdirilməsi müxtəlif qoşun növləri üzrə peşəkar zabit hazırlığının keyfiyyətini daha da artırdı. Bu təhsil müəssisələri müasir hərbi biliklərə yiyələnmiş, vətənpərvər ruhda yetişmiş zabitlərin hazırlanmasına xidmət etdi. Ümummilli Liderin hərbi təhsil sahəsində müəyyən etdiyi strateji kurs sonrakı illərdə də uğurla davam etdirildi. Maddi-texniki bazanın gücləndirilməsi, tədris proqramlarının yenilənməsi, xarici ölkələrin nüfuzlu hərbi təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi nəticəsində Azərbaycan hərbi təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycan Ordusunun qazandığı uğurların təməlində peşəkar hərbi kadr hazırlığı dayanır. Heydər Əliyevin bu sahədə həyata keçirdiyi uzaqgörən siyasət milli ordumuzun güclənməsinə, onun döyüş qabiliyyətinin artırılmasına və ölkənin müdafiə potensialının möhkəmləndirilməsinə mühüm töhfə vermişdir.

 

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki