image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1783005155031

Azərbaycan Polisi Günü münasibətilə Zərdab Rayon Polis Şöbəsində təntənəli tədbir təşkil olunub – FOTOLAR

image-legitimaz-810x90

2 iyul – Azərbaycan Polisi Günü münasibətilə Zərdab Rayon Polis Şöbəsində təntənəli tədbir təşkil olunub.

Xeberaz.ifno xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra tədbir rayon polis şöbəsinin akt zalında davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, rayon Prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Zərdab rayon şöbəsinin rəhbəri, SHXÇDX Zərdab rayon şöbəsinin rəisi, polis veteranları və şəxsi heyət iştirak ediblər.
Tədbirdə Zərdab rayon polis şöbəsinin rəisi polkovnik-leytenant Ramil Salayev daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun təbrik məktubunu polis əməkdaşlarının diqqətinə çatdırıb.
Daha sonra Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və rayon Prokuroru Zaur Əliyev çıxış ediblər.
Çıxış edənlər Azərbaycan polisinin ölkədə ictimai-siyasi sabitliyin, qanunun aliliyinin, vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasında mühüm rol oynadığını vurğulayaraq şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarının maddi-texniki bazası davamlı olaraq gücləndirilir, polis əməkdaşlarının sosial müdafiəsinin möhkəmləndirilməsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən polis əməkdaşları mükafatlandırılıblar.

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən xidmətdə fərqlənən bir qrup polis əməkdaşı təltif olunub və onlara müvafiq mükafatlar təqdim edilib.
Həmçinin Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən işində fərqlənməyə görə, bir polis əməkdaşına Fəxri Fərman təqdim olunub, üç polis əməkdaşına isə maddi yardım göstərilib.
Eyni zamanda Zərdab rayon polis şöbəsinin rəisi polkovnik-leytenant Ramil Salayevin əmrinə əsasən, xidməti fəaliyyətində fərqlənən polis əməkdaşları mükafatlandırılmış, onlara müvafiq mükafatlar təqdim edilmişdir.

Sonda tədbir iştirakçıları Azərbaycan polisinin dövlətə, xalqa və qanuna sədaqətlə xidmət ənənələrini bundan sonra da layiqincə davam etdirəcəyini vurğulayaraq daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazova təşəkkür ediblər.

Vüqar Rəhimov

image-fb_img_1783005124942 image-fb_img_1783005131435 image-fb_img_1783005135961 image-fb_img_1783005148866 image-fb_img_1783005155031 image-fb_img_1783005159566 image-fb_img_1783005163007 image-fb_img_1783005168080 image-fb_img_1783005181706 image-fb_img_1783005178135 image-fb_img_1783005185532 image-fb_img_1783005191756 image-fb_img_1783005197025 image-fb_img_1783005201965 image-fb_img_1783005211211 image-fb_img_1783005221014 image-fb_img_1783005224547 image-fb_img_1783005229523 image-fb_img_1783005233126 image-fb_img_1783005236660 image-fb_img_1783005240052 image-fb_img_1783005243489 image-fb_img_1783005246392 image-fb_img_1783005249453 image-fb_img_1783005252040 image-fb_img_1783005255425 image-fb_img_1783005260849 image-fb_img_1783005264878 image-fb_img_1783005271032 image-fb_img_1783005279225 image-fb_img_1783005284494


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki