image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ed961a3ef34a4e617b712233f9744032

Zərdabda ərzaqlıq buğda sahəsinə biçin öncəsi baxış keçirilib-FOTO

image-legitimaz-810x90

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası, eləcə də mayın 25-də cənab Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ərzaqlıq buğda istehsalının artırılması və idxaldan asılılığın azaldılması ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində Zərdab rayonunda ardıcıl tədbirlər həyata keçirilir.

Xeberaz.info xəbər verir ki,bu çərçivədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və mütəxəssislərinin iştirakı ilə rayon ərazisində ərzaqlıq buğda sahəsində biçin prosesinə baxış keçirilib.

Qeyd edək ki, hazırda Zərdab rayonu ərazisində iki fermer tərəfindən ərzaqlıq buğda becərilir. Onlardan biri tərəfindən 95 hektar sahədə yetişdirilən ərzaqlıq buğdanın biçininə başlanılıb. Sahədə hər hektardan orta hesabla 40–45 sentner məhsul əldə olunacağı proqnozlaşdırılır.

Baxış zamanı biçin işlərinin gedişi ilə tanış olunub, məhsulun vaxtında və itkisiz yığılmasının, eləcə də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili tələbatın yerli istehsal hesabına daha dolğun ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.

image-575bf548702d2dfe816c8a5c3442788cimage-bec1e033eba3be74cf3df2996186ff7eimage-87ea318003e5b74005c61bd6881b619dimage-ed961a3ef34a4e617b712233f9744032

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki