image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-15472331624524839231_1200x630

“Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır.” “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir.” “İyunun 26-sı Silahlı Qüvvələr Günüdür

image-legitimaz-810x90

“Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır.” “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir.” “İyunun 26-sı Silahlı Qüvvələr Günüdür.

Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.” İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı (26 iyun 2021) Müstəqillik hər bir xalqın sahib ola biləyəyi ən ali nemətdir. Lakin bu müstəqilliyi qorumaq, onu daimi və sarsılmaz etmək hər bir dövlətdən qüdrətli daxili və xarici siyasət, həmçinin bu siyasətin arxasında dayanan güclü hərbi potensial tələb edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, güclü ordu dövlətin müstəqilliyinin təminatçısı, qarantıdır. Müasir dünyada beynəlxalq hüququn mexanizmlərinin tez-tez iflic olduğu, “güclünün haqlı olduğu” reallığının baş qaldırdığı bir dönəmdə güclü orduya sahib olmaq sadəcə təhlükəsizlik amili deyil, həm də dövlət varlığının ən birinci şərtidir. Azərbaycanın müasir ordu quruculuğu tarixi çətin, lakin şərəfli bir yoldan keçmişdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə inkişaf etdirildi. Dövlətin iqtisadi imkanları ilk növbədə Silahlı Qüvvələrin modernləşdirilməsinə, ən müasir texnologiyalar və silahlarla təmin edilməsinə yönəldildi. Lakin ordunun gücü təkcə onun sahib olduğu müasir texnika ilə ölçülmür. Ordunu yenilməz edən onun mənəvi ruhu, arxasında hiss etdiyi ümummilli dəstəkdir. Bu kontekstdə, xalqla ordunun birliyinin həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli etməsi fəlsəfəsi Azərbaycanın dövlətçilik formulunun əsas sütununa çevrildi. Xalq öz ordusuna güvəndi, ordu isə gücünü xalqın sevgisindən və inamından aldı. Bu sarsılmaz birliyin və güclü ordunun real nəticəsini biz 2020-ci ildə, 44 günlük Vətən Müharibəsində bütün dünyaya nümayiş etdirdik. Uzun illər boyu beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun apardığı səmərəsiz danışıqlar, kağız üzərində qalan qətnamələr status-kvonu dəyişə bilmədi. Dövlət başçısının hər il 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərlə görüşləri əsnasında verdiyi vədlər – əgər danışıqlar nəticə verməsə, məsələnin hərbi yolla həll ediləcəyi barədə xəbərdarlıqları reallığa çevrildi. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan “Dəmir Yumruq” əməliyyatı Azərbaycan ordusunun nələrə qadir olduğunu əyani şəkildə göstərdi. Döyüş meydanında qazanılan parlaq qələbə təkcə torpaqlarımızın azad edilməsi demək deyildi. Bu Zəfər, eyni zamanda, tarixi ədalətin və beynəlxalq hüququn bərpası idi. Azərbaycan öz gücü, şəhidlərinin qanı və qazilərinin rəşadəti hesabına BMT Təhlükəsizlik Şurasının 27 il icra olunmamış qalan qətnamələrini təkbaşına icra etdi. Müharibə dövründə xalqın bir yumruq kimi dövlət başçısının və ordunun ətrafında sıxbirləşməsi xalq-ordu birliyinin ən ali zirvəsi oldu. Ön cəbhədə vuruşan əsgər arxa cəbhədə bütöv bir millətin nəfəsini, duasını və mənəvi dəstəyini hiss edirdi. Bu gün Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qüdrətli bir dövlətdir. Artıq 26 iyun Silahlı Qüvvələr Gününü qeyd edərkən qarşıda torpaqları azad etmək kimi ağır bir vəzifə durmur; bu gün biz qalib bir ölkənin qalib ordusunun uğurlarını bayram edirik. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, uzun illər davam edən danışıqların heç bir nəticə vermədiyi yerdə Azərbaycan öz sözünü döyüş meydanında dedi və tarixi ədaləti, beynəlxalq hüququ təmin etdi. Nəticə olaraq deyə bilərik ki, güclü ordu və sarsılmaz xalq-ordu birliyi Azərbaycanın dünəninin dərsi, bu gününün reallığı və sabahının ən etibarlı təminatıdır. Müstəqilliyimizin əbədiliyi məhz bu sarsılmaz vəhdətin çiyinlərində yüksəlir.

 

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi – Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki