image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

2016-cı ilin aprel döyüşləri ordumuzun gücünü göstərmişdir

image-legitimaz-810x90

2016-cı ilin aprel döyüşləri ordumuzun gücünü göstərmişdir

2016-cı ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Cəmi dörd gün davam edən döyüşlər zamanı ordumuz yüksək peşəkarlıq, güclü döyüş hazırlığı və müasir hərbi taktika nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan əsgərlərinin qəhrəmanlığı, vətənpərvərliyi və fədakarlığı nəticəsində Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altında olan 2000 hektardan artıq ərazisi azad edildi. Bununla yanaşı, minlərlə hektar sahə, mühüm strateji yüksəkliklər və əlverişli mövqelər Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Döyüşlər zamanı düşmənin canlı qüvvəsi və hərbi texnikası məhv edildi, onun uzun illər ərzində qurduğu müdafiə xətti yarıldı. Aprel döyüşləri Azərbaycan Ordusunun son illərdə keçdiyi inkişaf yolunun, həyata keçirilən hərbi islahatların və müdafiə sahəsinə göstərilən diqqətin uğurlu nəticəsi idi. Ordumuz müasir silah və texnika ilə təchiz olunmuş, peşəkar zabit və əsgərlərdən ibarət güclü hərbi qüvvə kimi öz imkanlarını nümayiş etdirdi. Hərbi əməliyyatlar zamanı qoşunlarımız qarşıya qoyulan vəzifələri qısa müddətdə və yüksək dəqiqliklə yerinə yetirərək öz döyüş qabiliyyətini bütün dünyaya göstərdi. Xüsusilə Lələtəpə yüksəkliyinin azad olunması böyük strateji və siyasi əhəmiyyət daşıyırdı. Bu yüksəklik üzərində nəzarətin bərpa olunması həm hərbi üstünlük qazandırdı, həm də bölgədə yaşayan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verdi. Sonradan Cocuq Mərcanlı kəndinin yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıtması bu qələbənin praktiki nəticələrindən biri oldu. Dördgünlük Aprel döyüşləri Azərbaycan xalqının qələbə əzmini daha da gücləndirdi və torpaqlarımızın işğaldan azad ediləcəyinə olan inamı artırdı. Bu döyüşlər xalqla ordu arasında birliyin və həmrəyliyin möhkəmlənməsinə səbəb oldu. Azərbaycan cəmiyyəti öz ordusunun gücünü və qələbə qazanmaq əzmini bir daha gördü. Aprel döyüşlərində əldə olunan uğurlar göstərdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadirdir və ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün kifayət qədər gücə malikdir. Tarixə “Aprel zəfəri” kimi daxil olan bu döyüşlər Azərbaycanın hərb tarixində mühüm mərhələ hesab edilir. Bu qələbə sonrakı illərdə qazanılan böyük uğurların, xüsusilə 2020-ci il Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin mənəvi və hərbi təməlini formalaşdırdı. Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusunun qüdrəti, peşəkarlığı və döyüş ruhu bütün dünyaya nümayiş etdirildi, xalqımız isə yenidən qələbə sevincini yaşadı.

 

  Zərdab rayonu Otmanoba kənd sakini                      İbrahimov Qubad

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki