image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-eliyev-oten-il-azerbaycanla-vyetnam-arasinda-ticaret-dovriyyesi-150-milyon-dollardan-artiq-olub-1795081336

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir

image-legitimaz-810x90

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan–Vyetnam münasibətlərinin çoxillik tarixində energetika, xüsusilə neft-qaz sənayesi əməkdaşlığın əsas istiqamətlərindən biri olmuşdur. Hələ sovet dövründən formalaşan bu tərəfdaşlıq Azərbaycan neftçilərinin Vyetnamın neft sənayesinin inkişafında iştirakı ilə daha da möhkəmlənmişdir. Azərbaycan mütəxəssislərinin zəngin təcrübəsi və peşəkar potensialı Vyetnamın neft-qaz sektorunun inkişafına töhfə vermiş, iki xalq arasında dostluq əlaqələrinin iqtisadi müstəvidə möhkəmlənməsinə şərait yaratmışdır. Bu tarixi təcrübə müasir dövrdə də ikitərəfli enerji əməkdaşlığının etibarlı təməlini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Hər iki şirkətin neft-qaz sənayesində malik olduğu istehsalat təcrübəsi, texnoloji imkanları və peşəkar kadr potensialı yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün geniş perspektivlər açır.

2025-ci ildə əldə olunmuş razılaşmalar bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə mühüm təkan vermişdir. İmzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlərin göstərilməsi, eləcə də mütəxəssislərin hazırlanması kimi mühüm sahələri əhatə edir. Bu sənəd tərəflər arasında mövcud əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsi və qarşılıqlı faydalı layihələrin reallaşdırılması baxımından əhəmiyyətli addımdır. Əməkdaşlığın mühüm istiqamətlərindən biri də Azərbaycan neftinin Vyetnam bazarına tədarükü və bu sahədə kommersiya əlaqələrinin genişləndirilməsidir. Vyetnamın neft emalı müəssisələri ilə qurulan işgüzar münasibətlər enerji sahəsində tərəfdaşlığın praktiki nəticələrini nümayiş etdirir. Xüsusilə Dung Quat Neft Emalı Zavodunun xam neftlə təminatı istiqamətində həyata keçirilən əməkdaşlıq iki ölkənin enerji sektorları arasında qarşılıqlı iqtisadi maraqların mövcudluğunu təsdiqləyir.

Bununla yanaşı, texnologiya və təcrübə mübadiləsi neft-qaz sahəsində əməkdaşlığın uzunmüddətli inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Yataqların işlənilməsi, hasilat proseslərinin təkmilləşdirilməsi, müasir texniki avadanlıqların tətbiqi və istehsalat səmərəliliyinin artırılması istiqamətlərində birgə fəaliyyət hər iki ölkənin enerji sənayesinin inkişafına xidmət edir. Kadr hazırlığı və elmi-texniki əməkdaşlıq da xüsusi diqqət tələb edən istiqamətlərdəndir. Azərbaycan neft məktəbinin zəngin ənənələri, ali təhsil və elmi-tədqiqat müəssisələrinin təcrübəsi Vyetnamın mütəxəssis hazırlığı sahəsində ehtiyacları ilə uzlaşır. Bu sahədə təlim proqramlarının, ixtisasartırma kurslarının və akademik mübadilənin genişləndirilməsi peşəkar əlaqələrin daha da möhkəmlənməsinə imkan verir.

Müasir enerji bazarında baş verən dəyişikliklər Azərbaycan və Vyetnam arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafını da aktuallaşdırır. Ənənəvi neft-qaz sektorunda mövcud təcrübənin qorunması ilə yanaşı, mayeləşdirilmiş təbii qaz, neft-kimya, enerji səmərəliliyi və bərpaolunan enerji sahələrində qarşılıqlı fəaliyyət üçün də əlverişli imkanlar mövcuddur. Bu istiqamətlərdə birgə təşəbbüslərin həyata keçirilməsi enerji tərəfdaşlığının şaxələndirilməsinə töhfə verir.

 

Ləman Səfərəliyeva- Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki