image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-dea9ddb2162118022373095250710821794

Ağdamın yaddaşında müharibənin sağalmayan izləri: müharibə cinayətləri unudulmur

image-legitimaz-810x90

Ağdamın yaddaşında müharibənin sağalmayan izləri: müharibə cinayətləri unudulmur

Ağdam Azərbaycanın tarixində həm qədim mədəniyyəti, həm də ağır müharibə taleyi ilə yadda qalan şəhərlərdən biridir. 20 noyabr Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu tarix yalnız şəhərin işğaldan azad olunmasını deyil, həm də uzun illər ərzində yaşanan faciələri, dağıdılmış evləri, məhv edilmiş tarixi abidələri və doğma yurdlarından didərgin düşmüş insanların ağrı-acısını xatırladır. Ağdamın taleyi Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır səhifələrindən biridir. 1993-cü il iyulun 23-də Ağdam şəhəri Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçdi. İşğal nəticəsində şəhər və ətraf yaşayış məntəqələri böyük dağıntılara məruz qaldı, minlərlə insan öz doğma evini tərk etmək məcburiyyətində qaldı. Bir vaxtlar insanların yaşadığı, işlədiyi, quAğdamda baş verənlər yalnız yaşayış evlərinin və infrastrukturun dağıdılması ilə məhdudlaşmadı. Şəhərin tarixi-mədəni irsinə də ciddi zərər vuruldu. Məscidlər, məktəblər, xəstəxanalar, ictimai binalar və digər obyektlər dağıdıldı və ya yararsız vəziyyətə salındı. Şəhərin sistemli şəkildə talan edilməsi və yandırılması barədə beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında da məlumatlar yer alıb.

Human Rights Watch təşkilatının 1995-ci ildə dərc etdiyi hesabatda Ağdamın 1993-cü ilin iyulunda ələ keçirilməsindən sonra şəhərin talan edilməsi və yandırılmasının əvvəlcədən təşkil olunduğu qeyd edilir. Hesabatda bu əməllərin müharibə qaydalarının ciddi şəkildə pozulması olduğu vurğulanır. BMT sənədlərində də həmin hesabatın nəticələrinə istinad edilib.  Müharibə cinayətləri yalnız Ağdamın işğalı dövrü ilə məhdudlaşmayıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycanın mülki əhalisi və yaşayış məntəqələri hücumlara məruz qalıb. Xüsusilə Bərdə şəhərinə 28 oktyabr 2020-ci ildə edilən raket hücumu ağır nəticələrə səbəb olub. Amnesty International və Human Rights Watch təşkilatları hücum zamanı kasetli sursatlardan istifadə edildiyini araşdıraraq təsdiqləyiblər. Human Rights Watch-un məlumatına görə, hücum nəticəsində 21 mülki şəxs həlak olub, ən azı 70 nəfər yaralanıb.

Amnesty International-ın 2021-ci ildə dərc etdiyi araşdırmada 2020-ci il müharibəsi zamanı həm Ermənistan, həm də Azərbaycan qüvvələrinin beynəlxalq humanitar hüququ pozan, mülki əhali üçün təhlükə yaradan hücumlar həyata keçirdiyi göstərilir. Təşkilat Ermənistan qüvvələrinin Azərbaycanın nəzarətində olan ərazilərdə mülki yaşayış məntəqələrinə qeyri-dəqiq raket və artilleriya zərbələri endirməsini də sənədləşdirib. Bu faktlar müharibə zamanı mülki insanların qorunmasının nə qədər vacib olduğunu bir daha göstərir. Bu hadisələr göstərir ki, müharibə zamanı mülki əhalinin qorunması, yaşayış məntəqələrinin, tarixi abidələrin və mülki obyektlərin toxunulmazlığı beynəlxalq hüququn əsas tələblərindəndir. Mülki insanlara qarşı hücumlar, yaşayış evlərinin talan edilməsi və yandırılması, əsirlərlə qeyri-insani rəftar beynəlxalq humanitar hüququn ciddi pozuntuları hesab olunur. Belə əməllərə görə məsuliyyət məsələsi sübutlar və hüquqi araşdırmalar əsasında qiymətləndirilməlidir.

Bu gün Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin həyatının yenidən canlanmasına xidmət edir. Yeni yollar, yaşayış binaları, məktəblər, sosial obyektlər tikilir, tarixi və mədəni irs nümunələri bərpa olunur. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanlar yenidən öz torpaqlarına qayıdırlar.

20 Noyabr – Ağdam Şəhəri Günü həm də tarixi yaddaşımızı qorumaq, müharibənin dəhşətlərini gələcək nəsillərə çatdırmaq və sülhün dəyərini anlatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Ağdamın keçmişi bizə bir həqiqəti xatırladır: şəhərləri dağıtmaq mümkün olsa da, xalqın doğma torpağına bağlılığını, qurub-yaratmaq əzmini və tarixi yaddaşını məhv etmək mümkün deyil.

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki