image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1795183770324

Zərdabda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılır – FOTOLAR

image-legitimaz-810x90

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın rayonlarda icrası ilə bağlı Zərdab rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyəti, həyata keçirilən investisiya layihələri və inkişaf perspektivləri ilə tanışlıq olub.

Xeberaz.info xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, aidiyyəti dövlət qurumlarının nümayəndələri və Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə rayonda yaradılmış qərargahın üzvləri rayon ərazisində fəaliyyət göstərən iri təsərrüfatlara baxış keçirib, aparılan işlərlə tanış olublar.
Baxış zamanı təsərrüfatlarda istehsal prosesləri, əkin və heyvandarlıq sahələrində görülən işlər, mövcud istehsal imkanları və gələcək inkişaf planları ilə tanışlıq olub. Müasir suvarma sistemlərinin tətbiqi, yüksək reproduksiyalı toxumlardan istifadə, yem bazasının möhkəmləndirilməsi, texniki imkanların genişləndirilməsi və məhsuldarlığın artırılması məsələləri diqqət mərkəzində saxlanılıb.
Daha sonra Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Proqramının icrası ilə bağlı qərargah üzvlərinin və fermerlərin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə aqrar sahənin rayon iqtisadiyyatında mühüm yer tutduğunu qeyd edərək, Dövlət Proqramında müəyyən edilmiş hədəflərin həyata keçirilməsi üçün fermer və sahibkarların fəallığının artırılmasının, müasir texnologiyaların tətbiqinin və mövcud resurslardan səmərəli istifadənin vacibliyini vurğulayıb. Bildirib ki, 12 iyun 2026-cı il tarixində Mərkəzi Aran iqtisadi rayonunda Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirədə, eləcə də 24 iyun 2026-cı il tarixində Sabirabad rayonunda Dövlət Proqramında pambıqçılıq sahəsi üzrə nəzərdə tutulan hədəflərə nail olunması məqsədilə keçirilmiş müşavirədə verilmiş tapşırıqlar, müəyyən edilmiş prioritet istiqamətlər və qarşıya qoyulmuş vəzifələr Zərdab rayonunda da icra üçün əsas götürülüb və müəyyən edilmiş prioritet istiqamətlər və verilmiş tapşırıqlar nəzərə alınmaqla rayonda aqrar sahənin inkişafı üzrə konkret tədbirlər həyata keçirilir. Dövlət Proqramı çərçivəsində üzərinə öhdəlik götürmüş fermer və sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, investisiya layihələrinin icrası və qarşıya çıxan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Qeyd olunub ki, Dövlət Proqramının icrası çərçivəsində Zərdab rayonunda fermer və sahibkarlar tərəfindən ümumilikdə 2 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilib. Bu vəsait əsasən müasir suvarma sistemlərinin quraşdırılması, kənd təsərrüfatı texnikasının alınması, taxıl və yem bitkilərinin əkininə hazırlıq, heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi və istehsal imkanlarının artırılmasına yönəldilib. RİH Başçısı həmçinin kənd təsərrüfatı istehsalının genişləndirilməsi ilə yanaşı, təsərrüfatların texniki imkanlarının gücləndirilməsinin və onların inkişafına mane olan məsələlərin aidiyyəti qurumlarla birlikdə həllinin diqqətdə saxlanılmasının vacibliyini qeyd edib, fermerlərə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov Dövlət Proqramının qarşıya qoyduğu əsas vəzifələrdən danışaraq, kənd təsərrüfatında məhsuldarlığın artırılması, istehsal və emal imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, su və torpaq ehtiyatlarından səmərəli istifadənin əhəmiyyətini qeyd edib.
Müşavirədə Dövlət Proqramı çərçivəsində rayonda görülmüş işlər, fermer və sahibkarların üzərinə götürdükləri öhdəliklərin icra vəziyyəti, investisiya layihələrinin həyata keçirilməsi və təsərrüfatların qarşılaşdıqları problemlər barədə ətraflı məlumat verilib, fermerlərin müraciət və təklifləri dinlənilib.
Yekunda Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, fermer və sahibkarların investisiya təşəbbüslərinin dəstəklənməsi, mövcud problemlərin aidiyyəti qurumlar tərəfindən araşdırılması və həlli, eləcə də görülən işlərin mütəmadi monitorinqinin aparılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

image-fb_img_1795183715164 image-fb_img_1795183717796 image-fb_img_1795183720198 image-fb_img_1795183722508 image-fb_img_1795183724996 image-fb_img_1795183727361 image-fb_img_1795183729676 image-fb_img_1795183732221 image-fb_img_1795183734598 image-fb_img_1795183736837 image-fb_img_1795183739378 image-fb_img_1795183749485 image-fb_img_1795183752809 image-fb_img_1795183755519 image-fb_img_1795183758054 image-fb_img_1795183760785 image-fb_img_1795183763120 image-fb_img_1795183765636 image-fb_img_1795183770324 image-fb_img_1795183775344 image-fb_img_1795183781534 image-fb_img_1795183784399 image-fb_img_1795183788313 image-fb_img_1795183791708 image-fb_img_1795183801937 image-fb_img_1795183804706 image-fb_img_1795183807773 image-fb_img_1795183812061 image-fb_img_1795183815700 image-fb_img_1795183818452


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki