Ukraynanın Avropa Birliyinə (AB) qoşulması birliyin dağılmasına səbəb ola bilər.
Xeberaz.info Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri rusiyalı senator Aleksey Puşkov deyib.
“Ukrayna avantürası Avropa İttifaqını gücləndirmək əvəzinə, onun sonunun başlanğıcı ola bilər”, – Puşkov qeyd edib.
Senatorun fikrincə, Ukraynanın qəbulu ilə nəticələnəcək qüvvələrin bölünməsi və həddən artıq gərginləşməsi son nəticədə Avropa ölkələri bloku üçün fəlakətli olacaq.