image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Suveren dövlət

image-legitimaz-810x90

Suveren dövlət.

 

Azərbaycan Respublikasında sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın çoxəsrlik mübarizə tarixinin, azadlıq və müstəqillik əzminin, eləcə də öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnun təntənəsidir. Suverenlik hər bir xalqın və dövlətin varlığının, milli kimliyinin, ləyaqətinin və hüquqi bütövlüyünün təməl sütunudur. Suverenliyini tam bərpa etmiş bir dövlətin vətəndaşı olmaq həm böyük qürur, həm də gələcək nəsillər qarşısında mühüm məsuliyyətdir.

Suverenlik dövlətin əsas xüsusiyyəti hesab edilmiş və dövlətin üstün və qeyri-məhdud səlahiyyətə malik olduğu güman edilmişdir.  Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır.

Müasir beynəlxalq münasibətlər sistemində suverenlik anlayışı yalnız hüquqi nəzəriyyə deyil, həm də dövlətin öz ərazi bütövlüyünü, təhlükəsizliyini və milli maraqlarını qorumaq bacarığı ilə ölçülür. Dövlət suverenliyinin tam təmin olunması sabitliyin, iqtisadi inkişafın və cəmiyyətin rifahının başlıca şərtidir. Bütün ölkə ərazisində konstitusiya quruluşunun və hüququn aliliyinin bərqərar olunması suveren dövlət ideyasının tam reallığa çevrilməsini təcəssüm etdirir.

Dövlət Suverenliyi Günü bizə bir daha xatırladır ki, müstəqillik və suverenlik hər an qorunmalı, möhkəmləndirilməli olan ali dəyərlərdir. Güclü iqtisadiyyat, sarsılmaz milli birlik, müasir ordu və uzaqgörən xarici siyasət suverenliyin əbədi və sarsılmaz olmasının əsas zəmanətidir. Bu əlamətdar gün hər bir vətəndaşı dövlətçilik ideyaları ətrafında daha sıx birləşməyə və müstəqil dövlətimizin parlaq gələcəyi naminə yorulmadan çalışmağa səsləyir.

 

Turanə Həsənli – Zərdab rayonu Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki