image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Ağdərə rayonunun yaradılması

image-legitimaz-810x90

Ağdərə rayonunun yaradılması.

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Bu proses çərçivəsində inzibati ərazi bölgüsünün yenidən təşkili və rayonların inkişafı ilə bağlı mühüm addımlar atılır. Ağdərə rayonunun yenidən yaradılması da bu baxımdan diqqət çəkən hadisələrdəndir. Ağdərə Azərbaycanın Qarabağ bölgəsində yerləşən qədim yaşayış məskənlərindən biridir. Bu ərazi zəngin tarixi və təbii sərvətləri ilə seçilir. Ağdərə şəhəri və ətraf yaşayış məntəqələri uzun illər işğal altında qalıb. İşğal dövründə bölgənin yaşayış məntəqələri və infrastrukturu ciddi dağıntılara məruz qalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra Ağdərə rayonunun inkişafı üçün yeni imkanlar yaranıb. 2023-cü ilin oktyabrında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Ağdərə rayonunun yaradılması ilə bağlı qanun qəbul edilib. Bununla da Ağdərə ayrıca inzibati ərazi vahidi kimi yenidən formalaşdırılıb. Yeni yaradılan Ağdərə rayonunun tərkibinə Ağdərə şəhəri, həmçinin bir sıra kənd yaşayış məntəqələri daxil edilib. Rayonun yaradılmasında əsas məqsədlərdən biri ərazidə idarəetmənin daha səmərəli təşkil edilməsi, bərpa və quruculuq işlərinin sistemli şəkildə həyata keçirilməsi və gələcək məskunlaşma üçün əlverişli şərait yaradılmasıdır.

Hazırda Ağdərədə geniş quruculuq işləri aparılır. Yolların və digər infrastrukturun bərpası, ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, yaşayış məntəqələrinin yenidən qurulması istiqamətində tədbirlər görülür. Bu işlər bölgənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Ağdərə rayonunun yaradılması həm də bölgənin iqtisadi imkanlarından istifadə baxımından əhəmiyyətlidir. Ərazinin təbii sərvətləri, kənd təsərrüfatı və turizm imkanları gələcəkdə rayonun inkişafına töhfə verə bilər. Bunun üçün ilk növbədə təhlükəsizliyin təmin olunması və lazımi infrastrukturun yaradılması vacibdir.

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə Ağdərə rayonunun yaradılması xüsusi qeyd olunmağa layiq hadisələrdəndir. Bu addım işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə və inkişaf mərhələsinin formalaşmasının nümunələrindən biridir. Ağdərənin yenidən rayon kimi yaradılması ilə qarşıdakı dövrdə burada bərpa, məskunlaşma və inkişaf proseslərinin davam etdirilməsi nəzərdə tutulur. Doğma torpaqların yenidən canlandırılması, yaşayış məntəqələrinin qurulması və insanların öz yurdlarına qayıtması bölgənin gələcəyi üçün böyük əhəmiyyət daşıyır.

Bu gün Ağdərə yeni inkişaf yolunun başlanğıcındadır. Burada

 

Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki